• Bakı 12° C

    3.6 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

"ABŞ-nin İranda hərbi məqsədlərinə tezliklə çatacağına ümid edirik"

DÜNYA

29 Mart 2026 | 17:19

ABŞ-nin İranda hərbi məqsədlərinə tezliklə çatacağına ümid edirik

Fransa rəsmi Vaşinqtonun İrandakı hərbi məqsədlərini ən qısa zamanda tamamlamasını gözləyir. Çünki münaqişənin daha da genişlənməsi qlobal iqtisadiyyat üçün ağır fəsadlar törədə bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro "France 3" müsahibəsində bildirib.

O qeyd edib ki, ABŞ rəsmiləri həftə sonu hərbi planlarını sürətlə icra etmək niyyətində olduqlarını açıqlayıblar:

"Fransa gərginliyin artmasından qaçmağa çalışır. Çünki bu proses dünya bazarındakı aktivliyə, müəssisələrin fəaliyyətinə və əhalinin alıcılıq qabiliyyətinə mənfi təsir göstərir".

Eyni zamanda, diplomat qeyd edib ki, Fransa beynəlxalq hüquqa zidd olduğu və dəqiq hədəfləri müəyyənləşmədiyi üçün ABŞ və İsrailin İrana qarşı müharibəsini dəstəkləmir.


SON XƏBƏRLƏR