"Rusiya tərəfi olaraq ABŞ-ni Ukraynaya təsir göstərməyə çağırırıq və Vaşinqtonun bunu tam şəkildə etməyə qadir olduğunu bilirik".
Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov "Vesti" jurnalisti Pavel Zarubinə verdiyi şərhdə vurğulayıb.
O qeyd edib ki, hazırda məhz buna ehtiyac var.
Uşakov bildirib: "Mənə elə gəlir ki, amerikalılar, belə desək, Kiyevə həqiqətən "təzyiq" göstərməyə və təsir göstərməyə tam qadirdirlər".
"Bilirsiniz, bəlkə də bir sirri açaram, amma biz amerikalı tərəfdaşlarımızı məhz buna çağırırıq. İndi ehtiyac duyulan budur", - deyə o bildirib.
Zeynəb Rzayeva
Bakı 




