Dağıstanda güclü yağışlar səbəbindən su basan ərazilərdən 3338 nəfər təxliyə edilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Həmin şəxslərdən 1033 nəfərinin uşaq olduğu bildirilib.
Ümumilikdə regionda 760 ev su altında qalıb. Hazırda təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün 670-dən ço canlı qüvvə və 224 texnika cəlb edilib.
Bakı 




