• Bakı 13° C

    7.63 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Bəhreyn gəmiçilik qadağası tətbiq etdi

DÜNYA

29 Mart 2026 | 17:49

Bəhreyn gəmiçilik qadağası tətbiq etdi

Bəhreyn Daxili İşlər Nazirliyi İrandan raket hücumları və dron hücumları səbəbindən balıqçı və istirahət qayıqlarının hərəkətinə qadağa qoyub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Bəhreyn Xəbər Agentliyi məlumat yayıb.

Məhdudiyyətlər bu gün qüvvəyə minir və növbəti xəbərdarlığa qədər hər gün yerli vaxtla saat 18:00-dan 04:00-dək qüvvədə qalacaq. 

Nazirlik qeyd edir: "Bu tədbir İranın vətəndaşlar və sakinlər üçün ciddi təhlükə yaradan raket və dronlardan istifadə edərək açıq təcavüzü fonunda dənizçilərin və turistlərin təhlükəsizliyini təmin etmək üçün görülüb".

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026