• Bakı 15° C

    2.66 m/s

"TRIPP üzrə sənədlərin razılaşdırılması mərhələsindəyik"

DÜNYA

29 Mart 2026 | 18:15 | Müəllif: Əli Hüseynov

"TRIPP üzrə sənədlərin razılaşdırılması mərhələsindəyik"

"Ermənistan hazırda TRIPP ("Tramp marşrutu") layihəsi çərçivəsində sənədlərin razılaşdırılması mərhələsindədir".

Bakıvaxtı.az news.am-a istinadən xəbər verir ki, bunu jurnalistlərə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.

Onun sözlərinə görə, növbəti mərhələdə konkret sazişin imzalanması nəzərdə tutulur.

"Hazırda biz danışıqları davam etdiririk, məlumat mübadiləsi aparırıq və nəticədə hökumətlərarası saziş formasında sənəd ortaya çıxmalıdır. Bu məsələ üzrə danışıqlar ləngiməyib. Biz məhz planlaşdırdığımız mərhələdəyik və iş davam edir", - deyə Mirzoyan vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Oktyabr 2026