Pakistanın Baş naziri Şahbaz Şərif İslamabadda Türkiyənin xarici işlər naziri Hakan Fidanı qəbul edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Görüşdə ölkələr arasında ikitərəfli münasibətlər, regional və qlobal proseslər, ABŞ və İsraillə İran arasında davam edən münaqişə və bu münaqişədə mümkün atəşkəs səyləri müzakirə olunub.
Qeyd olunur ki, Hakan Fidan Türkiyə-Misir-Pakistan-Səudiyyə Ərəbistanı xarici işlər nazirlərinin görüşündə iştirak etmək üçün Pakistanda görüşlərini davam etdirir.
Bakı 




