• Bakı 16° C

    7.34 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Bu ölkədə universitetlər onlayn təhsilə keçid etdi 

DÜNYA

30 Mart 2026 | 09:15 | Müəllif: Əli Hüseynov

Bu ölkədə universitetlər onlayn təhsilə keçid etdi

Yaxın Şərqdə bir sıra universitetlər İran tərəfindən səsləndirilən təhdidlər fonunda onlayn təhsilə keçiblər.

Bakıvaxtı.az CNN-ə istinadən xəbər verir ki, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İran universitetlərinə hücumlara cavab olaraq ABŞ və İsraillə əlaqəli ali məktəblərə zərbə endirə biləcəyini bəyan edib.

Məlumata görə, Amerika Universiteti Beyrutda bu gündən etibarən tam distant təhsilə keçəcəyini açıqlayıb. Livan-Amerika Universiteti də analoji qərar qəbul edib.

Bundan əlavə, Corctaun Universiteti, Texas A&M Universiteti və Virciniya Ştat Universitetinin İncəsənət Məktəbinin Qətərdəki filialları təhsilin növbəti göstərişədək onlayn formatda davam edəcəyini bildiriblər. Həmçinin Küveyt, Dubay və Rəs əl-Xaymadakı Amerika universitetləri də ayın əvvəlindən distant təhsilə keçiblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026