Kuril adaları yaxınlığında zəlzələ qeydə alıblar.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin regional bölməsinin Yujno-Saxalinsk seysmik stansiyası məlumat yayıb.
Saat 11:34-də (Bakı vaxtı ilə saat 04:34) qeydə alınan zəlzələ 5,6 maqnitudada olub.
Zəlzələ ocağı dəniz dibinin 49 kilometr dərinliyində, episentri isə Severo-Kurilsk şəhərindən 194 kilometr cənubda yerləşib.
Yeraltı təkanların Severo-Kurilskdə 2 maqnitudada hiss olunduğu güman edilir.
Bakı 




