"Barselona"nın prezidenti Joan Laporta İspaniya Superkubokunun finalından sonra "Real"ın hücumçusu Kilian Mbappeni tənqid atəşinə tutub.
Bakıvaxtı.az xəbər verir ki, Kataloniya təmsilçisinin rəhbəri 3:2 hesablı qələbə qazandıqları matçdan sonra fransalı ulduzun davranışından narazı qalıb:
"Mbappenin hərəkəti məni təəccübləndirdi. İstər qələbədə, istərsə də məğlubiyyətdə alicənab və hörmətli olmaq lazımdır. Bu, idmandır və insan özünü normal aparmalıdır. Düşünürəm ki, biz qalib gələndə rəqibə hörmət nümayiş etdirdik. Ona görə də Mbappenin nə etdiyini heç cür anlaya bilmirəm".
Qeyd edək ki, mətbuatda yayılan məlumatlara görə, Mbappe matçdan sonra "Real" futbolçularının "Barselona" üçün çempionluq dəhlizi qurmasına mane olub.
Xatırladaq ki, "Barselona" tarixində 16-cı dəfə bu titula yiyələnməklə turnirin mütləq rekordçusu olub. "Real" isə indiyədək 13 dəfə Superkuboku qazanıb./Qol.az
Bakı 




