• Bakı C

    8.39 m/s

  • USD - 1.7

    EUR - 1.9816

    RUB - 2.1521

Rusiyada doğum evində 10 körpə öldü

DÜNYA

13 Yanvar 2026 | 11:39

Rusiyada doğum evində 10 körpə öldü

Rusiyanın Kemerovo vilayətinin Novokuznetsk şəhərindəki doğum evində 2026-cı ilin yanvarında 10 körpənin ölməsi faktı üzrə araşdırma başlanıb.

Bakıvaxtı.az Rusiya mediasına xəbər verir ki, bu barədə vilayətin İstintaq Komitəsinin İstintaq İdarəsindən bildirilib.

Körpələrin ölümü ilə bağlı məlumatlardan sonra prokurorluq "Rospotrebnadzor" və "Roszdravnadzor" (Səhiyyə sahəsində federal nəzarət xidməti) mütəxəssislərinin iştirakı ilə müəssisənin səhiyyə, yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi haqqında qanunvericiliyin tələblərinə əməl etməsi və doğum evində sanitariya-epidemioloji norma və tələblərin icrası sahəsində yoxlamalara başlayıb.

Novokuznetsk şəhəri üzrə istintaq şöbəsində Rusiya Cinayət Məcəlləsinin 293-cü maddəsi (səhlənkarlıq) ilə ilkin araşdırma aparılıb./Report
 


SON XƏBƏRLƏR

12 Yanvar 2026