• Bakı C

    5.94 m/s

  • USD - 1.7

    EUR - 2.0244

    RUB - 2.2001

Rusiyada terror aktı törətməyə cəhd edən şəxs saxlanıldı

DÜNYA

12 Fevral 2026 | 11:35

Rusiyada terror aktı törətməyə cəhd edən şəxs saxlanıldı

Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Udmurtiyada polis şöbəsində təxribat cəhdinin qarşısını alıblar.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə qurumun İctimai Əlaqələr Mərkəzindən bildirilib.

Saxlanılan Rusiya vətəndaşı əvvəllər terror və ekstremist xarakterli cinayətlərə görə məhkum olunub. O, DİN-in "Mojqinski" şöbəsinə silahlı hücum planlaşdırırdı. Onun qarajında terror aktı törətmək üçün əldəqayırma partlayıcı qurğu və digər silahlar aşkar edilərək zərərsizləşdirilib.

Həmin şəxs barəsində Rusiya Cinayət Məcəlləsinin 30-cu maddəsinin 1-ci hissəsi, 205-ci maddəsinin 1-ci hissəsi (terror aktı törətməyə hazırlıq) və 222.1-ci maddəsinin 1-ci hissəsi (partlayıcı maddələrin və ya partlayıcı qurğuların qanunsuz əldə edilməsi, satışı, saxlanılması, daşınması və ya gəzdirilməsi) üzrə cinayət işi açılıb./Report


SON XƏBƏRLƏR

11 Fevral 2026