• Bakı C

    7.5 m/s

  • USD - 1.7

    EUR - 1.9816

    RUB - 2.1521

Azərbaycan "Avroviziya 2026"nın ikinci yarımfinalında çıxış edəcək

ŞOU

13 Yanvar 2026 | 00:01

Azərbaycan Avroviziya 2026nın ikinci yarımfinalında çıxış edəcək

Azərbaycan "Avroviziya 2026" mahnı müsabiqəsinin ikinci yarımfinal mərhələsində çıxış edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə müsabiqənin rəsmi saytında püşkatamaya əsasən siyahı dərc olunub.

İkinci yarımfinal mərhələsində Azərbaycanla yanaşı, Ermənistan, Bolqarıstan, Çexiya, Lüksemburq, Rumıniya, İsveçrə, Albaniya, Avstraliya, Kipr, Danimarka, Latviya, Malta, Norveç və Ukrayna çıxış edəcək.

İştirakçı ölkələrin hansı nömrə altında çıxış edəcəyi isə yaxın günlərdə məlum olacaq.

Hazırda ölkəmizi təmsil edəcək ifaçı və mahnının seçimi davam edir. Seçim zamanı əsas üstünlük mahnının beynəlxalq səviyyədə yaradacağı təsirə və səhnə şousunun gücünə veriləcək. Yaxın vaxtlarda Azərbaycanın mahnısı və təmsilçisinin adı açıqlanacaq.

Qeyd edək ki, "Avroviziya 2026" mahnı müsabiqəsi bu il Vyanada keçiriləcək. Bu ilki yarışmada 35 ölkə iştirak edəcək.


SON XƏBƏRLƏR

12 Yanvar 2026