• Bakı 10° C

    2.48 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Elxan Paşayevin ölkədən çıxışı məhdudlaşdırıldı

ŞOU

11 Fevral 2026 | 20:09 | Müəllif: Subhan Mahmudov

Elxan Paşayevin ölkədən çıxışı məhdudlaşdırıldı

"Best Model of Azərbaycan"ın direktoru Elxan Paşayevin ölkədən çıxışı məhdudlaşdırılıb.

Bakıvaxtı.az Bakupost.az-a istinadən xəbər verir ki, bununla bağlı Bakı Kommersiya Məhkəməsinin hakimi Pərviz Zamanlı qətnamə çıxarıb.

İş materiallarından məlum olur ki, "Best Model of Azerbaijan" MMC-nin, "Miss and Mister Grand" MMC-nin və Elxan Paşayevin rəhbərlik etdiyi başqa bir şirkətin (adını dəqiqləşdirmək mümkün olmayıb) dövlət büdcəsinə borcu olub.

Borc vaxtında ödənilmədiyinə görə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəməyə üz tutaraq borc ödənilənədək Elxan Paşayevin ölkədən çıxışına "stop" qoyulmasını istəyib. Məhkəmə də ərizəni təmin edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026