• Bakı 8° C

    1.54 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Fatimə əməliyyat olunacaq: "Soyuq olanda ağrıyır"

ŞOU

08 Fevral 2026 | 13:50 | Müəllif: Əli Hüseynov

Fatimə əməliyyat olunacaq: "Soyuq olanda ağrıyır"

Rəqqasə Fatimə Fətəliyeva cərrah bıçağı altına yatacaq.

Bakıvaxtı.az xəbər verir ki, o, gələn ay əməliyyat olunacaq.

Fətəliyeva göz bəbəyini zədələyib:

"Gözlərimdə problem yaranıb. Dörd ay əvvəl dırnağım bəbəyimə dəydi və onu zədələdim. Görməm zəifləyib. Nə qədər müalicə etsəm də, alınmır. Soyuq olanda, makiyaj edəndə ağrıyır. Rusiyada toyda makiyajlı formada rəqs edirdim, üçüncü rəqsdə artıq gözümü qırpa bilmirdim, sanki iynə batırırdılar. Moskvada 2 rəqsimi bu cür təqdim etmişdim. Orada müalicə aldım, 3 gün sonra gözüm bir az düzəldi, yaman şişmişdi. İndi isə əməliyyat olunacağam".

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026