• Bakı C

    1.88 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1629

Acun ondan üzr istədi

ŞOU

08 Mart 2026 | 16:45

Acun ondan üzr istədi

Məşhur türkiyəli prodüser Acun Ilıcalı müğənni Yılmaz Morgülün “Survivor” yarışması ilə bağlı sosial mediada dilə gətirdiyi şikayətinə gözlənilməz reaksiya verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Məlumata görə, Y. Morgül yarışmada olduğu müddətdə bəstə yazmaq üçün qələm-dəftər istədiyini, lakin rədd edildiyini, hazırda isə iştirakçı Bayhana səsyazma cihazı verildiyini bildirərək narazılığını ifadə edib.

A. Ilıcalı paylaşımında Morgülün şikayətini tamamilə haqlı hesab etdiyini və ondan üzr istədiyini bildirib:

“Hörmətli Yılmaz Morgül, şikayətinizi başa düşürəm. O zaman buna icazə vermədiyim üçün indi daha da əsəbiləşirəm. Səsyazma cihazını Bayhandan geri almayacağam, amma səndən üzr istəyirəm. Bu mövzuda tamamilə haqlısan, eşitdiyimə görə çox üzüldüm”.

O, həmçinin Morgülə olan rəğbətini dilə gətirərək, onu yenidən layihədə görmək istədiyini qeyd edib:

“Səni çox bəyənirəm, bizim üçün çox dəyərlisən. İştirak etdiyin mövsüm bizim üçün əfsanəvi idi. Səni yenidən “Survivor All Star”da görməyi çox istərdik”.

Xatırladaq ki, Y. Morgül bir müddət əvvəl etdiyi paylaşımda A. Ilıcalının onun istəyinə reaksiya verməməsinə görə, prodüseri tənqid etmişdi.


SON XƏBƏRLƏR

08 Mart 2026