• Bakı C

    5.93 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1629

Xoşqədəm Hidayətqızı anasının məzarı başında - VİDEO

ŞOU

09 Mart 2026 | 16:37

Xoşqədəm Hidayətqızı anasının məzarı başında - VİDEO

 

Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı valideynlərinin məzarından paylaşım edib.

Bakıvaxtı.az xəbər verir ki, aparıcı 8 Mart Beynəlxalq Qadınlar Günündə anasının məzarını ziyarət edib. 

Həmin anları paylaşan X. Hidayətqızı kövrələrək bunları söyləyib:

“Bu gün 8 Mart-dır, anamın ən çox sevdiyi bayram idi. Bacı-qardaşlarımla anamı sevindirmək üçün yarışa girirdik. Dağlıq rayonda yaşayırdıq, bu vaxtlarda ora qarlı olurdu. Soyuq havada çay kənarına gedib, anam üçün bənövşə axtarırdıq. Birini belə tapsaq, həmin günün qəhrəmanı olurduq. Bu il onsuz qeyd edirik 8 Martı. Atamla anamın məzarına güllər əkirəm, amma bənövşə yoxdur. Anamın sevdiyi nərgiz çiçəyi var. Bənövşəni isə Ağdərədən gətirəcəyəm”.

Aparıcı daha sonra qeyd edib:

“Bütün bacılarım və qardaşımla yenə ocağımıza yığışmışıq... Siz həyatda olanda necə toplaşırdıqsa, bu gün də elə yığışmışıq. Sevdiyiniz yeməkləri bişirmişik, sevdiyiniz nərgiz çiçəkləri evi bəzəyir. Hər şey əvvəlki kimidir… Sadəcə olmayan, çatışmayan sizsiniz. İlk dəfədir ki, övladların səni təbrik edə bilmədi, gözəl Anam. Bizi bağışla… Məkanın cənnət olsun, nur üzlü anam. Ruhun şad olsun, əziz atam. Sizi çox sevirəm və sizsiz çox darıxıram…”. /bizim.media


SON XƏBƏRLƏR

08 Mart 2026