• Bakı C

    8.39 m/s

  • USD - 1.7

    EUR - 1.9816

    RUB - 2.1521

Azərbaycan və İtaliya arasında sənəd imzalandı

SİYASƏT

13 Yanvar 2026 | 12:54

Azərbaycan və İtaliya arasında sənəd imzalandı

Azərbaycan və İtaliya arasında Hökumətlərarası Komissiyanın 6-cı iclasının protokulu imzalanıb.

Bakıvaxtı.az xəbər verir ki, sənədi Azərbaycan tərəfdən energetika naziri Pərviz Şahbazov, İtaliya tərəfdən isə bu ölkənin xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Cirielli imzalayıblar.

Bundan başqa, Hökumətlərarası Komissiyanın 6-cı iclasında 2026-2027-ci illərdə 18 istiqamət üzrə 65 tədbirin icrasını nəzərdə tutan Fəaliyyət Planı qəbul edilib.

Qeyd edək ki, bu gün Bakıda Azərbaycan və İtaliya arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın VI iclası keçirilib.


SON XƏBƏRLƏR