Azərbaycan Yazıçılar Birliyində (AYB) üzvlük haqqını ödəməyən şair və yazıçıların siyahısını açıqlanıb. 58 nəfərin yer aldığı siyahıda yazıçı-jurnalist Abdulla Suvarın da adı var.
Bakıvaxtı.az bununla bağlı Abdulla Suvarla əlaqə saxlayıb. Onun sözlərinə görə, AYB üzvlərinin hamısı üzvlük haqqını ödəməlidir və bu, diqqət tələb edən məsələdir. Siyahıda adının yer almasına münasibət bildirən jurnalist qeyd edib ki, görünür, bu məsələyə yetərincə ciddi yanaşılmayıb. A.Suvar bildirib ki, əslində bu, üzvlərin diqqət etməli olduğu vacib nüansdır.
Qeyd edək ki, Azərbaycan Yazıçılar Birliyində üzvlük haqqı illik 15 manat təşkil edir.
Xatırladaq ki, yanvarın 6-da Azərbaycan Yazıçılar Birliyinin (AYB) Katibliyinin növbəti iclasında Birliyin üzvləri arasında illik üzvlük haqqını ödəməyənlərin siyahısı müzakirə olunub.
Bu barədə AYB-nin Mətbuat xidmətinin rəhbəri Xəyal Rza məlumat verib:
"Qaydalara əsasən, bir neçə il üzvlük haqqını ödəməyən şəxslər xəbərdarlıq edilmədən Birlikdən xaric edilməlidirlər. Lakin buna baxmayaraq, onlara dəfələrlə xəbərdarlıq edilib".
Zeynəb Rzayeva
Bakı 




