• Bakı C

    8.39 m/s

  • USD - 1.7

    EUR - 1.9832

    RUB - 2.1692

Xabini "Real"dan onlar göndərdi

İDMAN

13 Yanvar 2026 | 13:22

Xabini Realdan onlar göndərdi

İspaniyanın "Real" klubunun baş məşqçi Xabi Alonso ilə yollarını ayırmasında üç futbolçunun da rolu olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Fichajes" nəşri məlumat yayıb.

44 yaşlı mütəxəssisin istefası təkcə nəticələrlə bağlı deyil, həm də komanda daxilində kök salmış problemlərdən qaynaqlanıb.

O, oyunçularla normal münasibət qura bilməyib və aparıcı futbolçuların müqaviməti ilə üzləşib.

Ən kəskin münaqişə Vinisius Juniorla yaşanıb. Braziliyalı oyunçu ilə Alonso arasında anlaşılmazlıqlar olub. Baş məşqçinin tələbləri və onu matç vaxtı əvəzləməsi vingeri qəzəbləndirib.

Federiko Valverde isə istəmədiyi mövqedə çıxış etdiyi üçün baş məşqçi ilə problemlər yaşayıb. Oyunçu peşəkar yanaşmasına baxmayaraq, narazılığını gizlətməyib.

Hətta ingiltərəli Cud Bellinqem də məşqçilər heyətini məyus edib. O da mütəxəssisin tələblərini lazım olan dərəcədə yerinə yetirməyib.

Qeyd edək ki, "Real" ötən gün Xabi Alonsonun müqaviləsinin ləğv olunduğunu açıqlayıb.


SON XƏBƏRLƏR