• Bakı C

    5.24 m/s

  • USD - 1.7

    EUR - 2.0244

    RUB - 2.2001

Futbolda heç-heçə ləğv edildi - YENİ QƏRAR

İDMAN

12 Fevral 2026 | 09:56

Futbolda heç-heçə ləğv edildi - YENİ QƏRAR

Yaponiya Peşəkar Futbol Liqasının (J. Liqası) rəhbərliyi 2026-cı ildə tətbiq olunacaq keçid mövsümü ilə bağlı inqilabi qərarlar qəbul edib. Belə ki, yeni turnir formatında matçlar heç-heçə ilə bitməyəcək.

Bakıvaxtı.az-ın xarici mətbuata istinadən məlumatına görə, heç-heçə halında komandalar penalti seriyasına keçəcək və qalib 2 xal, məğlub isə 1 xal qazanacaq. Qərara əsasən, əsas vaxtın 90 dəqiqəsindən sonra heç-heçə ilə bitən matçlarda oyun əlavə vaxt olmadan birbaşa penalti seriyasına keçəcək.

J. Liqası rəhbərliyi bildirib ki, bu qərarın əsas məqsədi azarkeş təcrübəsini zənginləşdirmək və yüksək təzyiq altında oyunçuların performansını yaxşılaşdırmaqdır.

"J. League 100th Anniversary Vision League" adı altında təşkil olunacaq bu mövsüm xal cədvəli də yeni qərarlara uyğun olaraq formalaşacaq. Yeni hesablama sistemi belədir:

Əsas vaxtda qələbə: 3 xal

Penalti seriyasında qələbə:2 xal

Penalti seriyasında məğlubiyyət: 1 xal

Əsas vaxtda məğlubiyyət: 0 xal

Liqa rəhbərliyinin açıqlamasında bu təcrübənin milli komanda səviyyəsindəki təsirlərinə də diqqət çəkilib. Beynəlxalq turnirlərdə penalti seriyalarının həlledici rol oynadığı vurğulanıb və məqsədin yapon oyunçularının bu format vasitəsilə rəqabət mühitində təcrübə qazanmaları olduğu bildirilib.

Sözügedən qayda dəyişikliyi 2026-cı ilin fevral ayı ilə iyun ayı arasındakı keçid dövrünü əhatə edəcək.

Tətbiqin 2026-2027-ci il mövsümünün tam liqa təqviminə daxil edilib-edilməyəcəyi əlavə qiymətləndirmədən sonra müəyyən ediləcək.

Murad Məmmədli


SON XƏBƏRLƏR

11 Fevral 2026