• Bakı C

    0.64 m/s

  • USD - 1.7

    EUR - 1.9556

    RUB - 2.1356

Getdikdə daha yaxşı oynayırıq - Andrey Demçenko

İDMAN

13 Mart 2026 | 21:51

Getdikdə daha yaxşı oynayırıq - Andrey Demçenko

"Birinci hissə bizim üçün daha uğurlu keçdi. İki baxımlı qol vurduq. İkinci hissədə isə səhvimizdən qol buraxdıq. Belə oyunda vacib olan nəzarəti əldə saxlamaq və qələbə hesabını qorumaqdır". 

Bakıvaxtı.az  xəbər verir ki, bu sözləri "Araz-Naxçıvan"ın baş məşqçisi Andrey Demçenko Misli Premyer Liqasının 24-cü turunda bu gün "Karvan-Yevlax"a qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

Ukraynalı mütəxəssis 2:1 hesablı qələbəni belə şərh edib: "İkinci hissədə də yaxşı imkanlarımız oldu, amma istifadə edə bilmədik. Futbolda vurmursansa, sənin qapına qol vuracaqlar. Matçın sonları bizim üçün daha gərgin keçdi. Fikrimcə oyundan oyuna daha yaxşı oynayırıqq. Çünki futbolçular məşqçilərin onlardan nə istədiklərini başa düşür, verilən tapşırıqları yerinə yetirməyə çalışırlar"


SON XƏBƏRLƏR