Fransanın “LeFigaro” qəzetində “Rusiya İrandakı xaos kabusundan narahatdır” başlıqlı məqalə dərc olunub.
Bakıvaxtı.az-ın məlumatına görə, qəzetin analitiki Alen Barlüe tərəfindən qələmə alınan məqalədə bildirilir ki, çoxdan planlaşdırılsa da, bu həftə Cənubi Afrikada Rusiya, Çin və İranın iştirakı ilə keçirilən dəniz təlimləri, "Qlobal Cənub" ölkələrinin kütləvi etirazlarla üzləşən İslam Respublikasının yanında olduğunu birmənalı şəkildə vurğulayır.
O qeyd edir ki, Rusiya İran şəhərlərini lərzəyə gətirən nümayişləri narahatlıqla izləyir. Molla rejiminin potensial süqutu, çox güman ki, Moskvanın strateji müttəfiqlik üçbucağını müəyyən edən üç sütundan (qərbdə Belarus, şərqdə Şimali Koreya və cənubda İran) birinin - İranın itirilməsinə səbəb olacaq. Ona görə də, İranda gərginliyin artması Rusiya hakimiyyəti üçün əsas narahatlıq doğurur. Onlar Tehranla münasibətlərin vacibliyini bir daha vurğulayıb və etirazları qızışdıranları qınayıblar.
Aydın Baxış
Bakı 




