• Bakı 24° C

    13.5 m/s

  • USD - 1.7

    EUR - 1.9944

    RUB - 2.1616

12 vilayətdə əməliyyat keçirildi: 230 nəfər...

DÜNYA

30 Iyun 2025 | 09:40

12 vilayətdə əməliyyat keçirildi: 230 nəfər...

Türkiyədə fırıldaqçı mütəşəkkil cinayət qruplarına qarşı əməliyyat keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin Daxili işlər naziri Əli Yerlikaya bildirib.

Məlumata görə, 12 vilayətdə baş tutan əməliyyalarda 230 şübhəli tutulub.

Nazir şübhəlilərdən 93-nün həbs olunduğunu, 100-ü haqqında məhkəmə nəzarəti qərarı çıxarıldığını, digərləri ilə bağlı isə əməliyyatların davam etdirildiyini bildirib.

Yerlikaya qeyd edib ki, cinayət törətmək məqsədi ilə təşkilat yaratmaq, rəsmi sənədlərdə saxtakarlıq, fırıldaqçılıq, talama, qanunsuz mərc oyunları, dövlət qurum və təşkilatlarının zərərinə fırıldaqçılıq, cinayət yolu ilə əldə edilmiş pulların yuyulması, şantajla hədələmə, rüşvətxorluq nəticəsində cinayətləri ilə yaxalanan şübhəlilər barəsində Respublika Prokurorluğu tərəfindən istintaq başladılıb.

Həmçinin nəzərə çatdırıb ki, 9 daşınmaz əmlak, 27 nəqliyyat vasitəsi, 1 mağaza, 2 torpaq sahəsi və 2 milyon lirəlik bank hesabı, sənədsiz silahlar, müxtəlif miqdarlarda narkotik maddələr, nağd pullar, çeklər, bank sənədləri, rəqəmsal pullar, bank sənədləri, sərvətlər və s. əməliyyatlar zamanı materiallar ələ keçirilib.

Mina Mikayılova


SON XƏBƏRLƏR