• Bakı 20° C

    6.74 m/s

"Starbucks"-ın qlobal satışları azalmaqdadır

DÜNYA

30 Iyul 2025 | 09:10 | Müəllif: Əli Hüseynov

"Starbucks"-ın qlobal satışları azalmaqdadır

"Starbucks" qəhvə şəbəkəsi 2025-ci maliyyə ilinin aprel-iyun dövrünü əhatə edən üçüncü rübündə qlobal müqayisəli mağaza satışlarının 2 faiz azaldığını açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, məlumata görə, Şimali Amerika və ABŞ-də da satışlar eyni nisbətdə geriləyib, beynəlxalq bazarda isə sabit qalıb.

Belə ki, Çində satışlar 2 faiz artsa da, şirkətin ümumi mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 47,1 faiz azalaraq 558,3 milyon dollara düşüb.

Bundan əlavə, bildirilib ki, "Starbucks"-ın səhm başına qazancı da 49 sent olub ki, bu da 47,3 faiz azalma deməkdir.

Şirkət İsrailin Qəzzaya hücumları fonunda boykot çağırışları səbəbindən qlobal satışlarda ardıcıl altıncı rübdə də azalma yaşadığını bildirib.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Oktyabr 2026