• Bakı 25° C

    5.5 m/s

  • USD - 1.7

    EUR - 1.9786

    RUB - 2.1157

ABŞ Venesuelaya qarşı güc tətbiqinə icazə verib

DÜNYA

29 Avqust 2025 | 00:47

ABŞ Venesuelaya qarşı güc tətbiqinə icazə verib

ABŞ Prezidenti Donald Tramp Venesueladan narkotik ticarətini dayandırmaq üçün "Amerikanın bütün gücündən" istifadə etməyə hazırdır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt keçirdiyi brifinqdə bildirib.

"Deyə bilərəm ki, Karib hövzəsinin bir çox ölkələri və digər ölkələr artıq administrasiyanın narkotiklərlə mübarizə əməliyyatlarını alqışlayıb", - o deyib.

Bu yolla o, Trampın Venesuelaya zərbə endirmək üçün ABŞ hərbi gücündən istifadə etməyə icazə verib-verməməsi sualını cavablandırıb.

Bundan əvvəl "Financial Times" ABŞ Hərbi Dəniz Qüvvələrinin Venesuela sahillərinə 8 döyüş gəmisi göndərdiyini yazıb. Nəşrin məlumatına görə, gəmilərin göyərtəsində bir neçə min amerikalı hərbçi var.


SON XƏBƏRLƏR

28 Avqust 2025