• Bakı 16° C

    4.98 m/s

  • USD - 1.7

    EUR - 1.9855

    RUB - 2.0247

Hakan Fidan: Türkiyə və ABŞ ikitərəfli problemləri həll etmək istəyir

DÜNYA

28 Sentyabr 2025 | 00:11

Hakan Fidan: Türkiyə və ABŞ ikitərəfli problemləri həll etmək istəyir

ABŞ və Türkiyə ikitərəfli problemləri həll etmək istəyir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan BMT Baş Assambleyasının 80-сi sessiyasından sonra jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bununla bağlı hər iki tərəfdə niyyət var. H.Fidan tərəflərin enerji məsələləri, ABŞ-nin sanksiyaları və müxtəlif regional fikir ayrılıqları ilə əlaqədar problemlərin həlli ilə bağlı qarşılıqlı iradənin olduğunu diqqətə çatdırıb.

Bundan başqa, nazir bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampı Ankaraya rəsmi səfərə dəvət edib.

Nazir ABŞ və Türkiyənin NATO müttəffiqi olduğunu xatırladıb.


SON XƏBƏRLƏR

27 Sentyabr 2025