• Bakı 11° C

    4.41 m/s

  • USD - 1.7

    EUR - 1.9792

    RUB - 2.1079

Paşinyan: Mənimlə Türkiyə lideri arasında etimad səviyyəsi artır

DÜNYA

27 Sentyabr 2025 | 20:30

Paşinyan: Mənimlə Türkiyə lideri arasında etimad səviyyəsi artır

Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanla Ankara arasında münasibətlərin normallaşmasından danışıb.

Bakıvaxtı.az xəbər verir ki, o, BMT Baş Assambleyasının tribunalından çıxışı zamanı iki dövlət arasında artan etimaddan danışıb.

"Ərdoğanla (Türkiyə Prezidenti Rəcəb Tayyib – red.) mənim aramda etimad səviyyəsi daim artır", – deyə o vurğulayıb.

Paşinyan Ankarayla müntəzəm dialoqu müsbət hal adlandırıb. Ermənistan baş naziri əmindir ki, bu dialoq yaxın gələcəkdə diplomatik münasibətlərin qurulması və sərhədin tam açılması şəklində müsbət nəticələr verəcək.


SON XƏBƏRLƏR