• Bakı 17° C

    7 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 2.1317

Pşidaç: Zelenski Navrotski ilə görüşmək üçün Varşavaya gəlməlidir

DÜNYA

27 Oktyabr 2025 | 20:23

Pşidaç: Zelenski Navrotski ilə görüşmək üçün Varşavaya gəlməlidir

Polşa Prezidentinin Dəftərxanasında Beynəlxalq siyasət şöbəsinin müdiri olan Marçin Pşidaç bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenski Polşa Prezidenti Karol Navrotski ilə görüşmək istəyirsə, onun özü Varşavaya gəlməlidir.

Bakıvaxtı.az "RBK-Ukrayna"ya istindən xəbər verir ki, o, bu açıqlamanı "TVN24" telekanılının efirində verib.

Onun sözlərinə görə, diplomatiyada kimin ilk səfər etməsi ilə bağlı ciddi qayda yoxdur. Pşidaç bunun yayılmış bir təcrübə olduğunu, lakin məcburi olmadığını qeyd edib.

O, Navrotski vəzifəyə gəldikdən sonra Baltikyanı dövlətlərin (Litva, Latviya, Estoniya və Danimarka) liderlərinin Polşaya səfərlərini nümunə göstərib.

Polşa Prezidentinin nümayəndəsi əlavə edib ki, Navrotskinin Kiyevə səfəri ehtimalı Polşa-Ukrayna dialoqunun inkişafından və tarixi və iqtisadi əməkdaşlıqdakı konkret vəziyyətdən asılı olacaq.

Pşidaç istənilən səfərin hansısa bir prosesin başlanğıcı deyil, kulminasiya nöqtəsi olmalı olduğunu vurğulayıb və hər iki tərəfdən rəsmi dəvətlərin artıq göndərildiyini təsdiqləyib.


SON XƏBƏRLƏR