• Bakı 13° C

    7.55 m/s

  • USD - 1.7

    EUR - 1.9691

    RUB - 2.1563

Kallаs: Aİ sanksiyalar və Ukraynaya dəstək üzrə qərarları tezləşdirməlidir

DÜNYA

26 Noyabr 2025 | 19:10

Kallаs: Aİ sanksiyalar və Ukraynaya dəstək üzrə qərarları tezləşdirməlidir

Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Rusiyaya qarşı sanksiyalar və Ukraynanın maliyyələşdirilməsi mexanizmləri üzərində işi, o cümlədən dondurulmuş Rusiya aktivləri hesabına reparasiya krediti vasitəsilə sürətləndirməyə çağırıb.

Bakıvaxtı.az-ın məlumatına görə, o, bunu Brüsseldə Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri ilə videokonfransın yekununda bəyan edib.

Kallas qeyd edib ki, Ukraynaya dəstəyin bir neçə variantı mövcuddur, lakin Rusiyanın dondurulmuş aktivlərindən istifadə ən səmərəli yoldur:

"Reparasiya krediti üzərində işin davam etdirilməsi və konkret təkliflərin hazırlanması barədə bəyanatı alqışlayıram. Siyasi razılaşdırma tələb edən çoxlu nüanslar var, lakin bu kreditlərin verilməsinin zəruriliyi barədə ümumi anlayış mövcuddur. Üzv dövlətlər qanunvericilik təklifini görmək istəyirlər və Avropa Komissiyası bunun üzərində işləyir. Prosesi sürətləndirmək lazımdır, çünki aydındır ki, Rusiya bunu istəmir".

Hələ həll olunmamış məsələlər arasında – əsas hissəsi Belçika ərazisində saxlanılan dondurulmuş aktivlərlə bağlı narahatlıq da var. Kallasın sözlərinə görə, müzakirə iştirakçıları razılaşıblar ki, əgər müəyyən risklər mövcuddursa, onların necə bölüşdürülməsini müəyyənləşdirmək lazımdır.

O, Aİ-nin həm sanksiyalar, həm də Kiyevə maliyyə dəstəyi mexanizmləri üzərində işi davam etdirməli olduğunu vurğulayıb.

Sülh yolu ilə nizamlanma perspektivlərinə toxunan Kallas əlavə edib ki, istənilən razılaşmalar Moskvanın güzəştlərini əhatə etməlidir: "Hər bir ölkə silahlı qüvvələrinin sayını müstəqil şəkildə müəyyən etmək suveren hüququna malikdir. Məhz buna görə biz Rusiyanın qurduğu tələyə düşməməliyik. Ukrayna heç vaxt Rusiyaya hücum etməyib. Buna görə diqqət Rusiyanın hansı güzəştlərə hazır olacağına yönəlməlidir"./Report


SON XƏBƏRLƏR