• Bakı 13° C

    7.47 m/s

  • USD - 1.7

    EUR - 1.9691

    RUB - 2.1563

Avropada 13 yaşdan kiçik uşaqlar üçün sosial media qadağan edilə bilər

DÜNYA

26 Noyabr 2025 | 17:44

Avropada 13 yaşdan kiçik uşaqlar üçün sosial media qadağan edilə bilər

Avropa Parlamentinin (AP) üzvləri 13 yaşdan kiçik uşaqların sosial şəbəkələrə girişinin qadağan edilməsi təklifini dəstəkləyib. 

Bakıvaxtı.az xəbər verir ki, bu qərar Strasburqda AP-nin plenar iclasında təsdiqlənib.

"Biz heç bir azyaşlının sosial media platformalarına daxil ola bilməyəcəyi, vahid rəqəmsal yaş həddi qəbul etməyə çağırırıq", - hesabatda qeyd olunub.

Hesabatın müəllifləri həmçinin yeniyetmələrin 16 yaşına çatdıqdan sonra sosial mediada müstəqil qeydiyyatdan keçməsinə icazə verilməsini təklif ediblər. 13-16 yaş arası olanlar üçün valideynlər razılıq verməlidirlər. 

Zeynəb Rzayeva
 


SON XƏBƏRLƏR