Suriyanın Homs şəhərində yerləşən İmam Əli məscidində baş verən partlayış nəticəsində ölənlərin sayı 8-ə çatıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "SANA" agentliyi məlumat yayıb.
Qeyd edilib ki, 18 nəfər yaralanıb. Yaralılar Homsda yerləşən xəstəxanaya çatdırılıb.
Daxili İşlər Nazirliyi bildirib ki, daxili təhlükəsizlik bölmələri dərhal hadisə yerinə gəlib və məscidin ətrafında barrikada qurub, müvafiq orqanlar isə bu cinayəti törədənlərin axtarışı üçün araşdırma və sübutların toplanmasına başlayıb.
İlkin məlumatlara görə, partlayış məscidin içində qoyulmuş partlayıcı qurğular səbəbindən baş verib.
***
15:27
Suriyada İmam Əli şiə məscidində baş verən partlayışda ölənlərin sayı 5-ə çatıb, 21 nəfər yaralanıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "SANA" məlumat yayıb.
Homs şəhərinin rəsmiləri partlayışın məscidin içərisinə yerləşdirilmiş xüsusi hazırlanmış partlayıcı qurğu səbəbindən baş verdiyini təsdiqləyib.
Cinayətin motivləri və partlayışı törədən şəxslərin adları hələlik müəyyən edilməyib.
***
14:38
Suriyanın Homs əyalətində məsciddə partlayış baş verib.
Bakıvaxtı.az xəbər verir ki, partlayış nəticəsində 3 nəfər ölüb, 5 yaralı var.
















