Çexiyanın Baş naziri Andrey Babiş ölkəsinin Ukraynaya "L-159" yüngül döyüş təlim təyyarələri satmayacağını təsdiqləyib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Idnes" xəbər portalı bildirib.
"Ukraynaya L-159 satışı yoxdur və olmayacaq da. Məsələ bağlandı", - deyə baş nazir bildirib.
Bu, onun Çexiya Ordusunun Baş Qərargah rəisi general Karel Rjexkanın jurnalistlərə verdiyi açıqlamada Ukraynaya dörd "L-159" təyyarəsinin verilməsinin Çexiyanın təhlükəsizliyinə təsir etməyəcəyini söyləməsinə cavab olub.
Bakı 




