İsrail ordusu Livanda İranpərəst Hizbullah hərəkatına məxsus bir neçə obyekti bombaladığını açıqlayıb. Bakıvaxtı.az “LeFigaro.fr”ə istinadən bildirib ki, İsrail ordusu təlim mərkəzini və silah anbarlarını hədəf alıb.
Açıqlamada bildirilir: "Bir sıra silah anbarlarına və terrorçu infrastrukturuna zərbə endirilib. Onlar Hizbullah tərəfindən İsrail dövlətinə qarşı terror hücumları hazırlamaq üçün istifadə olunurdular".
İki müharibə edən tərəf arasında 2024-cü ilin noyabr ayından bəri atəşkəs elan olunmasına rəğmən İsrail ordusu Livan ərazisinə müntəzəm olaraq hücumlar etməyə davam edir və Hizbullahı hədəf aldığını bildirir.
Livan hakimiyyət orqanlarının məlumatına görə, İsrailin həyata keçirdiyi hava hücumları nəticəsində ümumilikdə üç nəfər həlak olub. AFP agentliyinin Livan Səhiyyə Nazirliyinin rəqəmlərinə əsaslanan hesablamalarına görə, atəşkəsdən bəri İsrailin Livandakı bombardmanları nəticəsində 340-dan çox insan həlak olub.
Aydın Baxış
Bakı 




