Braziliya prezidenti Luis İnasio Lula da Silva ABŞ Prezidenti Donald Trampın "Sülh Şurası"nı tənqid edib.
Bakıvaxtı.az "Deutsche Welle"yə istinadən xəbər verir ki, Luis İnasio Lula da Silvanın sözlərinə görə, Tramp BMT-də islahatlar aparmaq əvəzinə, ona alternativ model yaratmağa çalışır.
"Nə baş verir? Prezident Tramp təkbaşına lider olacağı yeni Birləşmiş Millətlər Təşkilatı yaratmağı təklif edir", - Lula da Silva bildirib.
Onun sözlərinə görə, bu, BMT Nizamnaməsini məhv edir.
Braziliya lideri ölkəsinin 2003-cü ildən bəri BMT-ni islahatlara çağırdığını, Latın Amerikası və Afrika ölkələrinin BMT Təhlükəsizlik Şurasına daimi üzv olmasını zəruri hesab etdiyini xatırladıb.
Bakı 




