• Bakı C

    2.81 m/s

  • USD - 1.7

    EUR - 1.9977

    RUB - 2.247

Yaponiyada qarlı və buzlu yollarda 13 nəfər xəsarət alıb

DÜNYA

25 Yanvar 2026 | 11:29

Yaponiyada qarlı və buzlu yollarda 13 nəfər xəsarət alıb

Yaponiyanın qərb sahilindəki İşikava prefekturasında qar yağışı nəticəsində 13 nəfər xəsarət alıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə NHK məlumat yayıb.

Qeyd olunur ki, prefekturanın paytaxtı Kanazavada cəmi bir gündə təxminən 50 santimetr qar yağıb.

Məlumata görə, son 24 saat ərzində prefekturada buzlu yollarda qar yığınları səbəbindən 32 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə doqquz nəfər xəsarət alıb, qarda yıxılma nəticəsində isə dörd nəfər xəstəxanalara müraciət edib.


SON XƏBƏRLƏR

24 Yanvar 2026