• Bakı C

    5.49 m/s

  • USD - 1.7

    EUR - 1.9977

    RUB - 2.247

Starmer və Tramp Arktika və Ukraynanı müzakirə etdilər 

DÜNYA

24 Yanvar 2026 | 23:59

Starmer və Tramp Arktika və Ukraynanı müzakirə etdilər 

Böyük Britaniyanın Baş naziri Keir Starmer və ABŞ Prezidenti Donald Tramp Ukraynada uzunmüddətli atəşkəsə doğru irəliləməyin zəruriliyi barədə razılığa gəliblər. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Baş nazirin ofisinin ABŞ lideri ilə telefon danışığından sonra yaydığı bəyanatda bildirilir.

"Liderlər davamlı atəşkəs istiqamətində irəliləyiş əldə etməyin vacibliyi barədə razılığa gəldilər. Diplomatik səylər davam edərkən, Baş nazir beynəlxalq tərəfdaşların Ukraynanın müdafiəsində dəstəyini davam etdirməli olduğunu bir daha vurğuladı", - deyə məlumatda qeyd olunur.

Digər müzakirə mövzusu Starmerin "hökuməti üçün mütləq prioritet" adlandırdığı Arktikada təhlükəsizliyin gücləndirilməsi zərurəti olub.

Aynur Babazadə


SON XƏBƏRLƏR

24 Yanvar 2026