Fransa Prezidenti Emmanuel Makron ölkəsində 15 yaşdan kiçik uşaqlar üçün sosial medianı qadağan edən qanunun qəbulunu sürətləndirmək niyyətindədir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb.
Telekanal prezidentin sözlərini sitat gətirib: "Mən hökumətə qanunun qəbulu üçün sürətləndirilmiş prosedur tətbiq etməyi tapşırdım".
Kanalın məlumatına görə, parlament qanun layihəsinə 26 yanvarda baxmağa başlayacaq.
Makron vurğulayıb: "Bu, çox aydın bir siqnaldır: uşaqlarımızın və yeniyetmələrimizin beyinləri satılmır. Onların emosiyaları Amerika platformalarına və ya Çin alqoritmlərinə satılmır".
Eyni qanun yeniyetmələrin məktəblərdə mobil telefonlardan istifadəsini də qadağan edəcək.
Zeynəb Rzayeva
Bakı 




