• Bakı C

    5.49 m/s

  • USD - 1.7

    EUR - 1.9977

    RUB - 2.247

İbrahim Kalın HƏMAS üzvləri ilə görüşdü

DÜNYA

24 Yanvar 2026 | 23:30

İbrahim Kalın HƏMAS üzvləri ilə görüşdü

Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın İstanbulda HƏMAS-ın danışıqlar qrupuna rəhbərlik edən Xəlil Əl Hayyanı müşayiət edən nümayəndə heyəti ilə görüşüb.

Bakıvaxtı.az "TRT Haber"ə istinadən xəbər verir ki, görüşdə Qəzza üzrə sülh planının ikinci mərhələsi müzakirə edilib.

Görüş zamanı humanitar yardımların artırılması, Rəfah sərhəd keçidinin hər iki istiqamətdə açılması, Qəzza Milli İdarəetmə Komissiyasının işə başlaması və digər məsələlər üzrə məsləhətləşmələr aparılaraq birgə iş razılaşdırılıb.

Bundan əlavə, HƏMAS nümayəndə heyəti Qəzzada sülhün əldə olunmasında Türkiyənin vasitəçiliyinə və sülh planının ikinci mərhələsində Türkiyənin daha böyük rola malik olmasına görə Prezident Rəcəb Tayyib Ərdoğana təşəkkürlərini ifadə ediblər.


SON XƏBƏRLƏR

24 Yanvar 2026