Rusiyanın Krasnoyarsk şəhərində hüquq mühafizə orqanları baxış keçirdikləri mənzildən ana və onun övladının mumyasını aşkarlayıblar.
Bakıvaxtı.az xəbər verir verir ki, çürümüş meyiti aşkarlanmış qadın şəhər bağçalarının birində çalışıb. Onun övladı uzun müddət bağçaya gəlmədiyindən, müəllimlər uşağın aqibəti ilə maraqlanmağa başlayıblar.
Polis əməkdaşları mənzilə qonşuların şikayətlərindən sonra daxil olub. Onlar həmin mənzilin divarının donmasından gileylənib. Məlum olub ki, buna səbəb həmin mənzildə pəncərənin açıq qalması olub. Oradan qadının və övladının quruyaraq mumya halına gəlmiş meyitlərini aşkarlayıblar.
Faktla bağlı cinayət işi açılıb. Ölümün səbəbləri barədə məlumat verilmir./Trend
Bakı 




