• Bakı 15° C

    2.75 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Zelenski Trampla görüşə gedir - Yer və tarix bəlli oldu 

DÜNYA

26 Dekabr 2025 | 15:41

Zelenski Trampla görüşə gedir - Yer və tarix bəlli oldu

ABŞ Prezidenti Donald Tramp və Ukrayna lideri Volodimir Zelenski arasında keçiriləcək görüş dekabrın 28-də, Trampın Mar-a-Laqodakı iqamətgahında baş tutacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu məlumatı “Axios” portalının müxbiri Barak Ravid adı açıqlanmayan Ukrayna rəsmisindən əldə edib. 

***

10:22

Ukrayna Prezidenti Volodimir Zelenski yaxın günlərdə danışıqlar aparmaq üçün ABŞ Prezidenti Donald Trampın Floridadakı Mar-a-Laqo iqamətgahına gedə bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Kiyev Post” diplomatik mənbələrə istinadla məlumat yayıb.

“Onun yaxın günlərdə ABŞ rəhbərliyi ilə çox vacib danışıqlar aparmaq üçün Floridaya səfər etməsi gözlənilir. Əgər hər şey plan üzrə gedərsə, səfər dekabrın 28-də baş tuta bilər”, - məlumatda qeyd olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026