Dekabrın 26-da Yaponiyanın mərkəzi hissəsində, Şizuoka prefekturasının Mişima şəhərindəki bir fabrikdə baş verən bıçaqlı hücum nəticəsində ən azı 14 nəfər yaralanıb.
Bakıvaxtı.az “LeFigaro.fr”ə istinadən bildirir ki, Şizuoka prefekturasındakı Mişima Şəhər Yanğından Mühafizə İdarəsinin rəisi Tomoharu Sugiyama "France-Presse" agentliyinə bildirib ki, 14 nəfərə təcili yardım xidmətləri tərəfindən tibbi yardım göstərilməlidir. Yaponiyanın “NHK” telekanalı və təcili yardım xidmətlərinin məlumatına görə, polis şübhəlini həbs edərək nəzarətə götürüb. O, fabriklə əlaqəsi olduğu güman edilən otuz yaşlarında bir kişidir. Xəsarətlərin dərəcəsi hələ də məlum deyil, “NHK” bütün qurbanların şüurlu olduğunu bildirir.
Tomoharu Sugiyama yaralanan 14 nəfərdən ən azı 6-nın xəstəxanaya yerləşdirildiyini qeyd edərək, 11 təcili yardım maşını da daxil olmaqla 17 xilasetmə maşınının səfərbər olunduğunu əlavə edib.
Aydın Baxış
Bakı 




