• Bakı C

    4.67 m/s

  • USD - 1.7

    EUR - 2.0032

    RUB - 2.1937

İsrail ordusu Livana silsiləvi hava zərbələri endirdi

DÜNYA

26 Dekabr 2025 | 13:16

İsrail ordusu Livana silsiləvi hava zərbələri endirdi

İsrailin Müdafiə Qüvvələri bir müddət əvvəl Livan ərazisində Hizbullahla bağlı hədəflərə o cümlədən qruplaşmanın əlahiddə qüvvələri sayılan Rədvan Qüvvələrinin təlim düşərgəsinə aviazərbələr endirib.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (İDF) məlumat yayıb.

Bildirilib ki, həmin obyektdə döyüşçülər təlim, canlı atəş məşqləri keçib, habelə həmin obyektdən IDF qüvvələrinə və İsrail vətəndaşlarına qarşı hücumların planlaşdırılması üçün istifadə olunub.

IDF həmçinin bir neçə Hizbullah silah anbarını, əlavə terror infrastrukturlarını və “IDF qüvvələrinə və İsrail dövləti əleyhinə terror planlarının təşviqi üçün istifadə olunan hərbi obyektləri” vurduğunu bildirib.


SON XƏBƏRLƏR