NATO-nun baş katibi Mark Rutte Ukraynadakı müharibənin gələn ilin sonuna qədər bitə biləcəyini istisna etməyib.
Bakıvaxtı.az xəbər verir ki, o, “El Pais” qəzetinə müsahibəsində ABŞ və Ukrayna arasında aparılan danışıqların yeni siyasi dinamika yaratdığını bildirib.
Rutte eyni zamanda vurğulayıb ki, sülh əldə olunsa belə, Rusiya uzun müddət Avropa üçün təhlükə olaraq qalacaq.
Baş katib ABŞ prezidenti Donald Trampın sülh planını dəyərləndirərək onun müzakirələr üçün real baza yaratdığını deyib:
“Planın güclü tərəfləri də var, əlavə işlənməli məqamları da.. Ukraynanın NATO-ya üzvlüyü məsələsində Rusiyanın veto hüququ yoxdur, lakin alyansa daxil olmaq üçün müttəfiqlər arasında yekdillik tələb olunur və bu mərhələdə bir çox ölkə Kiyevin qoşulmasını dəstəkləmir. Odur ki, Ukraynaya yeni təhlükəsizlik zəmanətlərinin verilməsinin vacibdir”.
Rutte həmçinin ABŞ Prezidenti Donald Tramp haqqında şəxsi simpatiyasını gizlətməyib:
“Bəli, Trampı sevirəm, ona simpatiyam var, çünki o münaqişələrin həllinə real töhfə verir. Onun prezidentliyindən hamı məmnun olmalıdır”./“Qafqazinfo”
Bakı 



