• Bakı C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 2.0032

    RUB - 2.1937

Türkiyə Homsda törədilmiş terror aktını PİSLƏDİ

DÜNYA

26 Dekabr 2025 | 18:28

Türkiyə Homsda törədilmiş terror aktını PİSLƏDİ

Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) Suriyanın Homs vilayətində məsciddə törədilən terror aktını pisləyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə nazirliyin bəyanatında bildirilib.

"Hücum zamanı həyatını itirənlərə Allahdan rəhmət diləyirik, Suriya hökuməti və xalqına başsağlığı veririk" , - bəyanatda qeyd olunub.

Türkiyənin bütün təxribatlara baxmayaraq, Suriyanın yanında olduğu bəyan edilib.

Qeyd edək ki, Suriyanın mərkəzi hissəsində yerləşən Homs vilayətindəki İmam Əli məscidinə cümə namazı zamanı təşkil edilən silahlı hücum nəticəsində 8 nəfər ölüb, 18 nəfər yaralanıb.


SON XƏBƏRLƏR