• Bakı C

    3.47 m/s

  • USD - 1.7

    EUR - 1.9977

    RUB - 2.247

NATO təlimində böhran: Amerikalı əsgərlər geri çəkildi

DÜNYA

25 Yanvar 2026 | 16:52

NATO təlimində böhran: Amerikalı əsgərlər geri çəkildi

NATO-nun Norveçdə qış təlimi zamanı gözlənilməz böhran baş verib.

Bakıvaxtı.az xəbər verir ki, təlimlər zamanı ehtiyatda olan Finlandiya əsgərlərinə qarşı mübarizə aparan ABŞ hərbçiləri geri çəkilməyə məcbur olublar:

“Norveçdə keçirilən “Birgə Vikinq” təlimində Finlandiyanın ehtiyatda olan əsgərləri Amerika qoşunları üzərində açıq-aşkar üstünlük nümayiş etdiriblər. Təlimdə Finlandiya qüvvələri hücum edən tərəf, ABŞ əsgərləri isə müdafiə rolunu oynayıb”.

Qəzetə müsahibə verən hərbi mənbə qeyd edib ki, Finlandiya əsgərlərindən ABŞ qoşunlarına hücumlarında templərini azaltmaq istənilib:

“ABŞ qoşunlarının verdiyi “itkilər” onlar üçün alçaldıcı və ruhdan salıcı bir həddə çatıb. Bəlli olub ki, ABŞ-ın hərbi təcrübə və Arktika şəraitinə hazırlıq baxımından ciddi çatışmazlığı var. Avropadakı NATO ölkələri, xüsusən də Finlandiya, Norveç və Böyük Britaniyanın soyuq və sərt şimal şəraitində daha təcrübəlidir”.

Qeyd edək ki, Norveç Silahlı Qüvvələrinin rəhbərlik etdiyi “Birgə Vikinq” təlimində təxminən 10.000 əsgər iştirak edib./Globalinfo


SON XƏBƏRLƏR

24 Yanvar 2026