• Bakı 17° C

    7 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 2.1317

İrlandiya prezidenti xəstəxanalıq oldu

DÜNYA

27 Oktyabr 2025 | 19:41

İrlandiya prezidenti xəstəxanalıq oldu

İrlandiya hazırkı prezidenti Maykl D. Hiqqins ötən gecəni xəstəxanada keçirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Independent" qəzeti məlumat yayıb.

Dünən İrlandiya lideri özünü pis hiss etdiyini bildirdikdən sonra müayinə üçün "Müqəddəs Ceyms" xəstəxanasına gedib. Tibb müəssisəsində onda infeksiya aşkar edilib.

"Prezidentin əhval-ruhiyyəsi yaxşıdır, ona antibiotik vurulduğu üçün gecəni xəstəxanada qalıb", - deyə nəşr Hiqqinsin ofisinin bəyanatına istinadən yazıb.

Xatırladaq ki, 84 yaşlı siyasətçinin ikinci və son səlahiyyət müddəti 10 noyabrda başa çatır. Oktyabrın 24-də irlandiyalılar müstəqil sol siyasətçi Ketrin Konnollini onun varisi seçiblər.


SON XƏBƏRLƏR