• Bakı 12° C

    7.34 m/s

  • USD - 1.7

    EUR - 1.9691

    RUB - 2.1563

Rutte: Gələcəkdə orduda kişi və qadınların nisbəti bərabər olacaq

DÜNYA

26 Noyabr 2025 | 16:46

Rutte: Gələcəkdə orduda kişi və qadınların nisbəti bərabər olacaq

Qadınlar artıq Norveç silahlı qüvvələrinin üçdə birini təşkil edir.

Bakıvaxtı.az "Euronews"a istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte deyib.

O, hesab edir ki, gələcəkdə silahlı qüvvələrdə kişi və qadınların sayı bərabər olacaq.

"Almaniya konstitusiyası hazırda qadınları hərbi xidmətdən azad edir. Amma baxın indi haradayıq: harada alman əsgərləri ilə rastlaşıramsa, mən geyimli çoxlu qadınları görürəm. Norveçdə silahlı qüvvələrin üçdə biri artıq qadınlardır. Ordu sürətlə dəyişir. Gözləyirəm ki, bir gün qadınların kişilərə nisbəti tarazlaşdırılacaq", - deyə Baş katib vurğulayıb.

Ruttenin sözlərinə görə, NATO-nun hədəflərinə uyğun olaraq, Almaniya yaxın illərdə öz qoşunlarının sayını artırmalıdır. Hərbi xidmətə çağırış yolu ilə bu rəqəmin necə əldə ediləcəyi isə Almaniyadan asılıdır.

Gülşən Şərif


SON XƏBƏRLƏR