• Bakı 16° C

    4.98 m/s

  • USD - 1.7

    EUR - 1.9855

    RUB - 2.0247

ABŞ-nin energetika naziri: Azərbaycanla əməkdaşlığında yeni mərhələyə qədəm qoymuşuq

İQTİSADİYYAT

28 Sentyabr 2025 | 00:27

ABŞ-nin energetika naziri: Azərbaycanla əməkdaşlığında yeni mərhələyə qədəm qoymuşuq

ABŞ və Azərbaycan arasında Vaşinqtonda imzalanmış ikitərəfli saziş yalnız siyasi və strateji tərəfdaşlıq deyil, həm də enerji sahəsində yeni perspektivlər açıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu Report-a açıqlamasında ABŞ-nin energetika naziri Kris Rayt bildirib.

"Azərbaycanın böyük enerji ehtiyatları var və hesab edirəm ki, Ermənistan və Azərbaycanı birləşdirə biləcək sərhədin cənubundakı dəhliz vasitəsilə ölkədən Avropaya daha çox təbii qaz çatdırmaq mümkündür. Bu, olduqca əhəmiyyətlidir. Azərbaycanın enerji resurslarının inkişafı və onların dünya bazarlarına, xüsusilə də Rusiyadan yan keçərək Avropa və Qərb bazarlarına çıxarılması, ölkələrimiz arasında gələcək əməkdaşlıq üçün geniş imkanlar yaradır", - nazir vurğulayıb.


SON XƏBƏRLƏR

27 Sentyabr 2025