• Bakı 17° C

    5.26 m/s

  • USD - 1.7

    EUR - 1.9733

    RUB - 2.0876

TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri artırılıb

İQTİSADİYYAT

27 Oktyabr 2025 | 10:14

TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri artırılıb

Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) Yunanıstanın Kipoi çıxış nöqtəsindən oktyabrın 27-də 374 milyon 993 min 291 kVt/saat həcmində sifariş alınıb.

Bu barədə Bakıvaxtı.az TAP-ın elektron platformasına istinadən xəbər verir.

Bu, ötən həftənin bazar ertəsinin sifariş göstəriciləri ilə müqayisədə 2,19 % çoxdur.

Kipoi çıxış nöqtəsindən oktyabrın 28-dən noyabrın 3-dək 331 milyon 019 min 866 kVt/saat həcmində sifariş alınıb.

Bu, oktyabrın 21-nə və 22-nə olan sifariş göstəriciləri ilə müqayisədə 9,78 % azdır. Oktyabrın 23-nə olan sifariş göstəriciləri ilə müqayisədə təxminən 10,37 % isə azdır. Oktyabrın 24-nə olan sifariş göstəriciləri ilə müqayisədə 9,79 %, oktyabrın 25-də olan sifariş göstəriciləri ilə müqayisədə təxminən 14,65 % azdır. Oktyabrın 25-də olan sifariş göstəriciləri ilə müqayisədə təxminən isə 11,72 % azdır.

Yunanıstanın Komotini çıxış nöqtəsindən oktyabrın 27-dan noyabrın 3-dək hər gün üçün gündəlik sifarişlər ötən həftənin göstəricisi kimi 28 milyon 674 min 418 kVt/saat həcmində qeydə alınıb.

Yunanıstanın Nea Mesimvria çıxış nöqtəsindən oktyabrın 27-dan noyabrın 3-dək 30 milyon 346 min 301 kVt/saat həcmində sifariş alınıb. Bu, daha əvvəlki həftənin sifariş həcmi ilə müqayisədə eynidir.

İtaliyanın Melenduqno çıxış nöqtəsindən qazın tədarükü üçün oktyabrın 27-də 312 milyon 476 min 315 kVt/saat həcmində sifarişlər qəbul edilib. Bu, oktyabrın 21-nə olan sifariş göstəriciləri ilə müqayisədə 3,15 % çoxdur.

Bu çıxış nöqtəsindən qazın tədarükü üçün oktyabrın 28-dən 31-dək 271 milyon 999 min 147 kVt/saat həcmində sifarişlər qəbul edilib. Bu, oktyabrın 21-ə və 22-nə olan sifariş göstəriciləri ilə müqayisədə 10,35 % azdır. Oktyabrın 23-nə olan sifariş göstəriciləri ilə müqayisədə 11,05 %, oktyabrın 24-nə olan sifariş göstəriciləri ilə müqayisədə 10,65 % azdır.

Eyni zamanda, Melenduqno çıxış nöqtəsindən qazın tədarükü üçün noyabrın 1-nə və 2-nə 287 milyon 012 min 315 kVt/saat həcmində sifarişlər qəbul edilib. Melenduqno çıxış nöqtəsindən qazın tədarükü üçün oktyabrın 25-ə olan sifariş göstəriciləri ilə müqayisədə 11,11 %, oktyabrın 26-na olan sifariş göstəriciləri ilə müqayisədə isə 8,15 % azdır.

Xatırladaq ki, Trans-Adriatik Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.


SON XƏBƏRLƏR

26 Oktyabr 2025