• Bakı 16° C

    7.26 m/s

  • USD - 1.7

    EUR - 1.9855

    RUB - 2.0247

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib - FOTOLAR

MƏDƏNİYYƏT

27 Sentyabr 2025 | 17:08

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib - FOTOLAR

Şanlı Zəfərlə başa çatan, müasir tariximizə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsinin beşinci ildönümü tamam oldu.

Bu barədə Bakıvaxtı.az-a Mədəniyyət nazirliyindən bildirilib.

Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, bu müharibədə qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə ehtiram əlaməti olaraq sentyabrın 27-si Azərbaycanda Anım Günü elan edilib.

Sentyabrın 27-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin kollektivi, aparıcı mədəniyyət müəssisələrinin rəhbərləri, ölkəmizin tanınmış mədəniyyət xadimləri Zəfər parkını ziyarət edib, abidənin girişindəki xatirə daşının önünə gül dəstələri qoyub, qəhrəman Vətən övladlarının ölməz ruhları qarışında ehtiramlarını bildiriblər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!


SON XƏBƏRLƏR

26 Sentyabr 2025